ABŞ Rusiyanın Ukrayna ərazisinə dəhşətli zərbələrinə belə reaksiya verdi

03.02.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyanın Ukraynanın enerji infrastrukturuna gecə saatlarında endirdiyi kütləvi zərbələrə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levitt açıqlama verib.

Levittin sözlərinə görə, Tramp baş verənlərə təəccüblənməyib və Rusiyanın bu addımını Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə hücumlarına cavab kimi gözləyib.

“Bəli, bu səhər Prezidentlə bu mövzuda danışdım. Təəssüf ki, onun reaksiyası “təəccüblənmirəm” oldu. Bu iki ölkə artıq bir neçə ildir ki, son dərəcə qəddar bir müharibə aparır. Əgər Prezident Tramp 2022-ci ildə vəzifədə olsaydı, bu müharibə heç vaxt başlamazdı”, – deyə Levitt bildirib.

Ağ Evin sözçüsü əlavə edib ki, Tramp Ukraynadakı münaqişənin ABŞ-ın keçmiş prezidenti Co Baydenin “zəifliyi və səriştəsizliyi” səbəbindən başladığını düşünür.

Tahir Turan
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью