ABŞ Rusiyanın Ukraynaya müdaxiləsini araşdıran qrupun tərkibindən çıxır

17.03.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Rusiyanın Ukraynaya müdaxiləsini araşdıran qrupun tərkibindən çıxır.

APA “The New York Times”a istinadən xəbər verir ki, ölkənin Ədliyyə Nazirliyi artıq Avropalı rəsmiləri gizli kanallar vasitəsilə bu barədə məlumatlandırıb.

Yekun qərarın martın 17-də elan ediləcəyi bildirilib.

Sözügedən qrup həmçinin Belarus, Şimali Koreya və İranın bu məsələdəki rolunu araşdırır.

Qeyd edək ki, ABŞ Avrozonadan kənarda bu qrupla əməkdaşlıq edən yeganə dövlət idi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью