ABŞ Rusiyanın Zaporojye, Donetsk, Luqansk və Xersona nəzarət etməsini de fakto, Krıma sahibliyini de yure tanıyacaq

25.04.2025

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Hurriyyet.az xəbər verir ki, ABŞ Ukraynadakı münaqişənin həlli çərçivəsində Zaporojye, Donetsk, Luqansk və Xerson ərazilərinə Rusiyanın nəzarətini de-fakto tanımaq niyyətində olduğunu bildirib.
Bu barədə "Röyter" ("Reuters") agentliyi ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoffun aprelin 17-də Parisdə təqdim etdiyi layihəyə istinadla məlumat yayıb.
Sənədə əsasən, ABŞ Rusiyanın Krım üzərindəki yurisdiksiyasını de-yure tanımağa hazır olduğunu da göstərib. Saziş layihəsində qeyd olunur ki, Xarkov vilayətinin ərazisi və Zaporojye Atom Elektrik Stansiyası Ukraynanın nəzarətinə qaytarılmalıdır, həmçinin, Kiyevə Dnepr çayına çıxış imkanı veriləcək.
Hurr Tərcüman

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью