ABŞ Rusiyanın zənginləşdirilmiş uranın ixracına qoyduğu məhdudiyyətdən əziyyət çəkir KONKRET

17.01.2025

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyanın zənginləşdirilmiş uranın ixracına məhdudiyyətlər qoyması ABŞ-nin nüvə enerjisi sənayesində fasilə yarada bilər.

KONKRET.az CNN-ə istinadən xəbər verir ki, bu barədə  ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin müavini Dalip Sinq Atlantik Şurada çıxışı zamanı deyib: “Rusiya keçən ilin noyabrında zənginləşdirilmiş uranın ixracını məhdudlaşdırdı ki, bu da bizim və müttəfiqlərimiz üçün nüvə enerjisi istehsalında fasilələr təhlükəsi yaratdı “.  Onun sözlərinə görə, ABŞ-də enerji sənayesini kritik materiallarla təmin etməklə bağlı riskləri minimuma endirmək üçün nəzərdə tutulan tədbirlər hazırlanır. Bundan əvvəl Britaniyanın “Daily Wrap” portalı Rusiyanın uran tədarükünə qadağa qoymasının ABŞ-nin enerji sektoruna ciddi zərbə vura biləcəyini yazıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью