ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib Xəbər saytı Son xəbərlər və Hadisələr

21.11.2024

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Maliyyə Nazirliyi "Qazprombank", "BKS Bank", "Centrocredit Bank" və digər kredit təşkilatlarına qarşı sanksiyalar tətbiq edib.

"Report" xəbər verir ki, bu barədə Amerika qurumunun dərc olunmuş sənədində deyilir.

Sənədə əsasən, sanksiya siyahısına həmçinin Rusiya Bankının milli ödəniş sistemi departamentinin rəhbəri Alla Bakina, DOM.RF, "Bratskiy Narodnıy Bank", "Enerqotransbank", "Kremlyovskiy Bank", "İturup Bank", "Sinara Bank" və başqaları da salınıb.

Ümumilikdə 100-ə yaxın fiziki və hüquqi şəxs məhdudiyyətlərə məruz qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью