ABŞ Rusiyaya qarşı sanksiyaları nəzərdən keçirmir

28.11.2025

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Senatı ABŞ prezidentinin xüsusi elçisi Steven Vitkoffun gələn həftə Moskvaya planlaşdırılan səfərinə qədər Rusiya əleyhinə sanksiyalar paketinə baxılmasını dondurub. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Kyiv Post" məlumat yayıb.

Nəşrin Respublikaçılar Partiyasındakı mənbələrinə görə, qanun layihəsinin qəbulunu ləngidə bilən yeganə amil ABŞ prezidenti Donald Trampın əhval-ruhiyyəsi olub. Onlar iddia edirlər ki, bu amil faktiki olaraq Vaşinqtonun bütün xarici siyasət qərarlarını müəyyən edir.

Qanun layihəsinin qəbulunun ləngiməsi onu deməyə əsas verir ki, geosiyasi vəziyyətə nəzarət Konqresin deyil, diplomatik qurumların əlindədir.

Aynur Babazadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью