ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayıb

04.02.2026

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayıb, lakin hələlik onları tətbiq etmək niyyətində deyil.

525.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Avropa rəsmiləri agentliyə bildiriblər ki, əlavə sanksiyalar hazırdır, amma onların tətbiqi ilə bağlı heç bir əlamət yoxdur. Diplomatlar məsələnin həssaslığı səbəbindən adlarının çəkilməməsini istəyiblər.

Bu arada, Aİ liderləri Rusiyaya qarşı yeni, 20-ci sanksiya paketini qəbul etməyi planlaşdırırlar. Nəşr yazır ki, Avropa 2022-ci ildə başlayan işğalçı müharibənin dördüncü ildönümü ilə bağlı daha bir sanksiya paketi hazırlayıb və ayın sonunda qəbul ediləcək. Aİ, həmçinin Rusiyanın "kölgə donanmasına" qarşı tədbirləri gücləndirir.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью