Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu barədə “The Times” qəzeti Dauninq-stritdəki mənbələrə istinadən məlumat yayıb.
Express: “Tramp Ukraynaya nüvə silahı verə bilər” Məlumata görə, Böyük Britaniyanın baş naziri Kir Starmer və hökumət üzvləri Rusiyaya döyüş meydanında strateji üstünlük verməmək üçün “Storm Shadow” məsələsi ilə bağlı rəsmi açıqlama verməyəcəklər. Qeyd olunub ki, London bir neçə aydır Rusiya Federasiyasının dərinliklərində məlum raketlərdən istifadə üçün Vaşinqtondan icazə almağa çalışır. Müəllifin yazdığına görə, hazırda söhbət Britaniya raketlərindən getsə də, ABŞ sistemləri olmadan onlardan uğurlu şəkildə istifadə mümkün deyil.
Xatırladaq ki, “New York Times” (NYT) noyabrın 17-də öz mənbələrinə istinadən diqqət çəkən məlumat yaymışdı. Nəşr iddia edib ki, ABŞ prezidenti Cozef Bayden ilk dəfə olaraq Ukraynaya Rusiya ərazisinə hücum etmək üçün ATACMS raketlərindən istifadə etməyə icazə verib. Bundan sonra bir sıra Qərb rəsmiləri raket icazəsinin dezinformasiya olmadığını təsdiqləyiblər.
ABŞ dövlət katibinin Qərb yarımkürələri üzrə köməkçisi Brayan Nikols isə noyabrın 19-da “O Globo” nəşrinə müsahibəsində qərarı rəsmən təsdiqləyib.
Tural Tağıyev
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Express: “Tramp Ukraynaya nüvə silahı verə bilər” Məlumata görə, Böyük Britaniyanın baş naziri Kir Starmer və hökumət üzvləri Rusiyaya döyüş meydanında strateji üstünlük verməmək üçün “Storm Shadow” məsələsi ilə bağlı rəsmi açıqlama verməyəcəklər. Qeyd olunub ki, London bir neçə aydır Rusiya Federasiyasının dərinliklərində məlum raketlərdən istifadə üçün Vaşinqtondan icazə almağa çalışır. Müəllifin yazdığına görə, hazırda söhbət Britaniya raketlərindən getsə də, ABŞ sistemləri olmadan onlardan uğurlu şəkildə istifadə mümkün deyil.