Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ tərəfi Moskvada terror aktı hazırlığı ilə bağlı Rusiya xüsusi xidmət orqanlarına məlumat verib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.
"ABŞ tərəfdən tərəfdaş kanalları vasitəsilə Moskvada terror aktı hazırlanması barədə məlumat daxil olub. Hazırda müvafiq tədbirlər görülür", - deyə FTX-dən bildirilib.
Oktyabrın 31-də ABŞ-nin Rusiyadakı səfirliyi diplomatik nümayəndəliyin həmin gün "Tsaritsıno" muzey-qoruğunda təhlükə ilə bağlı etibarlı məlumat aldığını açıqlayıb.
"ABŞ hökuməti cavab tədbirlərinin görülməsi üçün müvafiq Rusiya orqanları ilə fəaliyyətini əlaqələndirir", - deyə səfirliyin məlumatında qeyd olunub.
Bu arada RT telekanalına "Tsaritsıno" muzey-qoruğunda kütləvi insan tələfatı ilə nəticələnə biləcək hadisə təhlükəsi barədə yayılan məlumatın həqiqəti əks etdirmədiyi bildirilib.
Qeyd olunub ki, muzey-qoruq adi iş rejimində fəaliyyət göstərir. Bununla yanaşı, "Tsaritsıno"nun rəsmi saytı hazırda əlçatmazdır.