ABŞ Rusiyaya təyziqi gücləndirmək istəyir

08.10.2025

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

Mundo qəzetinin məlumatında bildirilir ki, ABŞ prezidenti  Donald Tramp Rusiyaya təyziqi gücləndirmək üçün, Kiyevə çoxlu sayda "Tomahawk" qanadlı raketlərin  göndərilməsi barədə qərar verə bilər.

 Qəzetin yazdığına görə, amerikan lider hələ ki, Ukraynaya məhdud sayda qanadlı raket göndərmək məsələsinə baxır. Lakin, vəziyyət dəyişədə bilər, Moskva və Kiyev arasında danışıqlar baş tutmazsa, raketlərin sayı artırılada bilər.

 Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Ukrayna Rusiyaya qarşı qanadlı raketlərdən istifadə edərsə, bu Rusiya-ABŞ münasibətlərinə ciddi zərbə vura bilər və eyni zamanda müharibənin yeni eskalasiyasına səbəb olar.

 "Böyük liderlərin" təbliğat maşınları bir-birilərinə qarşı təhdidlər paylaşır, Ukraynada isə, qanlı müharibə davam edir.

 Rüstəm Hacıyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью