ABŞ Rusiyaya zərbə qərarı Berbok alqışladı

18.11.2024

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın Ukraynaya Rusiyanın dərinliklərinə uzaqmənzilli ATACMS raketləri ilə zərbə endirmək icazəsini alqışlayıram.

Xalqcebhesi.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

“Ukraynanın bəzi yaşayış məntəqələri Rusiya sərhədinə o qədər yaxındır ki, raket çox sürətlə vurduğu üçün hava hücumundan müdafiə sistemi kömək etmir. İndi isə söhbət hərbi buraxılış qurğularını məhv edə bilməkdən gedir”, – o bildirib.

O, Ukraynanın beynəlxalq hüquq və özünümüdafiə baxımından bu cür zərbələr endirmək hüququna malik olduğuna əminliyini ifadə edib:

“ABŞ-ın icazəsi sayəsində Rusiya ərazisi boyunca uzaqmənzilli silahların istifadəsi artıq mümkün olacaq, bu, çox vacibdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью