ABŞ rüsumlarının dünya ticarətini nə qədər azaldacağı bəlli oldu

03.04.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"ABŞ-nin idxal rüsumları 2025-ci ildə dünya ticarətinin həcminin təqribən bir faiz azalmasına gətirib çıxara bilər".

Oxu.Az TASS-a istinadla xəbər verir ki, bunu Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonco-İveala deyib.

ÜTT rəhbəri cavab tədbirləri ilə əlaqədar "tarif müharibəsi"nin eskalasiya riskindən narahatlığını da bildirib.

Onun sözlərinə görə, cavab tədbirləri dünya ticarətinin gələcəkdə daha da azalmasına gətirib çıxaracaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью