Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-də bir ovçu ani qərarla boz ayının pəncəsindən qurtula bilib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Mirror" nəşri məlumat yayıb.
Məlumata görə, Montana səhrasında qardaşı ilə ova gedən ABŞ sakini təsadüfən 180 kiloqramlıq yatan ayının bir addımlığında olduğunu görüb.
Ayı qəzəblə oyanıb, ovçunu yerə yıxdıqdan sonra ona ayağından və başından xəsarətlər yetirib.
"Anidən nənəmin çoxdan mənə dediyi bir sözü xatırladım: Nəhəng heyvanların ürəkbulanma refleksləri zəifdir. Qəfil qərar verərək, sağ əlimi ayının boğazına soxdum", - deyə kişi bildirib.
Gözlənilməz manevr işə yarayıb və ayı ovçudan aralanıb.
Ciddi xəsarətlər alan ovçunu qardaşı xəstəxanaya aparıb, həkimlər ona yüzlərlə tikiş qoyublar.