Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) bildirişində deyilir.
ABŞ dövlət katibi Marko Rubionun bəyanatına əsasən, Kubanın "Banco Internacional de Comercio, S.A." bankı İran banklarına maliyyə xidmətləri göstərdiyi ehtimalına görə sanksiyalara məruz qalıb.
Məhdudiyyətlər həmçinin İran, İraq və Honkonqda qeydiyyatdan keçmiş şirkət, maliyyə təşkilatlarına da şamil edilib. Xüsusilə də, İraqın "International Development Bank" (IDB) bankı sanksiya siyahısına salınıb.
Yeni məhdudiyyətlərə məruz qalan 16 fiziki şəxsin hamısı İran vətəndaşıdır.
Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi oktyabrın 30-dək IDB-nin iştirakı ilə həyata keçirilən tranzaksiyaların tamamlanması üçün zəruri olan əməliyyatların aparılmasına icazə verən ümumi lisenziya verib.
Sanksiya siyahılarına daxil edilmə ABŞ ərazisindəki aktivlərin dondurulmasını, habelə Amerika vətəndaşları və şirkətlərinin məhdudiyyət tətbiq edilən tərəflərlə iş aparmasına qadağa qoyulmasını nəzərdə tutur