ABŞ saxladığı “Marinera” tankerinin ekipaj üzvü olan iki rusiyalını azad edib

28.01.2026

Icma.az, Apa.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp Rusiyanın müraciətindən sonra saxlanılan “Marinera” tankerinin heyətinə daxil olan iki rusiyalı dənizçini azad edib.

APA xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Biz bu qərarı alqışlayır və ABŞ rəhbərliyinə təşəkkürümüzü bildiririk. Artıq həmvətənlərimizin ən qısa zamanda vətənə qaytarılması ilə bağlı bütün məsələlərin təcili praktiki işlənməsinə başlayırıq", - Zaxarova qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью