ABŞ seçkiləri Rusiya üçün heç nəyi dəyişməyəcək

06.11.2024

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-da keçirilən prezident seçkiləri Rusiya üçün heç nəyi dəyişdirməyəcək.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-da keçirilən prezident seçkiləri barədə danışarkən deyib.

Medvedev :"Bizim şişirdilmiş gözləntilərə heç bir əsasımız yoxdur. Seçki Rusiya üçün heç nəyi dəyişməyəcək. Buna görə də, noyabrın 5-ni Amerikanın ən yüksək vəzifəsinə namizəd olanlar üçün xoş keçirməyin ən yaxşı yolu Kiyev nasist rejimini dağıtmağa davam etməkdir"  vurğulayıb.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Medvedev "Donald Tramp ABŞ-dakı sistemli siyasətçilərin ən sistemsizidir və o, Ağ Evə qayıtsa, Amerikanın "dərin dövləti"nə qarşı çıxmayacaq " sözlərini də deyib.

Nərmin Mahmudova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью