ABŞ səfəri zamanı Serbiya Prezidentinin səhhətində problem yaranıb, ölkəsinə qayıdır

03.05.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Belqrad, 3 may, AZƏRTAC

ABŞ-da səfərdə olan Serbiya Prezidenti Aleksandar Vuçiç səhhətində yaranan problemə görə, ölkəsinə qayıtmağa qərar verib.

AZƏRTAC xəbər verir ki, yerli vaxtla günorta saatlarında Aleksandar Vuçiç qəflətən səhhəti pisləşib. O, həkimə müraciət edib və müayinədən sonra Serbiyaya qayıtmağa qərar verib. Serbiya Prezidentinin təyyarəsi artıq Belqrada yola düşüb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью