ABŞ səfiri: Azərbaycan COP29da emissiyaların azaldılmasında liderliyini nümayiş etdirmək imkanına malikdir

12.11.2024

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Əhəmiyyətli günəş və külək ehtiyatlarına malik Azərbaycan COP29-da dayanıqlı inkişafda və karbohidrogen sektorunda emissiyaların azaldılmasında liderliyini nümayiş etdirmək imkanına malikdir.

APA xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi deyib.

Səfir qeyd edib ki, Azərbaycan və Ermənistandan olan bir qrup hidroloq və mühəndis bizim fəal dəstəyimizlə transsərhəd çaylar üçün inteqrasiya olunmuş su idarəçiliyi sxemi üzərində birgə işləyir.

Mark Libbi bildirib ki, məhsuldar və ruhlandırıcı iki həftəni səbirsizliklə gözləyir: “Mən ABŞ nümayəndə heyətimizə, Azərbaycan COP29 ev sahiblərimizə, bütün iştirakçılara və əslində bütün dünyaya uğurlu COP29 arzulamaq istərdim".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью