ABŞ səfiri Barak: Bir millət, bir xalq, bir ordu, bir Suriya

10.07.2025

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak Suriya və İraqda federal idarəçilik modellərinin işləyə bilməyəcəyini ifadə edərək, “Hamımız güzəştə getməli və bu nəticəyə çatmalıyıq: Bir millət, bir xalq, bir ordu, bir Suriya”.
Turkustan.az xəbər verir ki, Barak Ərbildə yerləşən Rudaw kanalına açıqlama verib.
Barak Dəməşq hökumətinin Suriyada QSD adından istifadə edən PKK/YPG terror təşkilatını “bir vətən, tək millət, tək ordu və tək hökumət” prinsipinə uyğun olaraq milli çərçivəyə daxil etməyə hazır olduğunu ifadə edərək: “Məncə, Suriya hökuməti bu maraqları uzlaşdırmaq üçün bir yol tapmaqda çevikliyini çox yaxşı və qətiyyətlə nümayiş etdirdi” dedi."Düşünürəm ki, SDF (PKK/YPG) bu vəziyyəti qəbul etməkdə, danışıqlar aparmaqda və addımlar atmaqda ləng olub. Mənim onlara tövsiyəm bu prosesi sürətləndirməkdir. Yalnız bir yol var, o da Dəməşqdir. Mesaj budur", - Barak deyib.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью