ABŞ səfiri Trampın paylaşdığı xəritə səbəbindən İslandiya XİN ə çağırılıb

08.09.2026

Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bu paylaşımın tamamilə yersiz olduğu səfirə açıq şəkildə bildirilib"

İslandiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ Prezidenti Donald Trampın sosial media paylaşımından sonra ABŞ səfiri Billi Lonqu çağırıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, ABŞ-ın İslandiyadakı səfiri Trampın İslandiya, Kanada, Qrenlandiya və Mərkəzi Amerika ölkələrinin ABŞ bayrağının rənglərinə boyandığı şəklini dərc etməsindən sonra çağırılıb.

Qeyd edək ki, paylaşım Prezidentin sosial media platforması “Truth Social”dakı şəxsi səhifəsində dərc edilib.

"Bu paylaşımın tamamilə yersiz olduğu səfirə açıq şəkildə bildirilib", - deyə məlumatda qeyd edilib.

İslandiya Donald Trampın Qrenlandiyaya qarşı təhdidlərindən sonra Avropa İttifaqına qoşulmaq istəyini bildirmişdi. Lakin avqust ayında keçirilən referendumdan sonra ölkə Aİ-yə qoşulma danışıqlarından çəkilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью