ABŞ səfiri: Türkiyəyə F 35 lərin satışı baş tuta bilər

13.07.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti     

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi, səfir Metyu Uitaker Türkiyəyə F-35 qırıcı təyyarələrinin satışının mümkün olduğunu bildirib.

Məlumatı “Anadolu” verib. 

Uitaker Konqresin F-35 qırıcı təyyarələri ilə bağlı texniki məlumatların Rusiyanın əlinə keçməsi potensialı ilə bağlı narahatlıqlarını etiraf edib. Bununla belə, o, Türkiyəyə satışın tamamilə mümkün olduğuna inandığını və razılaşmanın baş tutacağını gözlədiyini bildirib.

Türkiyədə keçirilən NATO sammiti ilə bağlı təəssüratlarını bölüşən Uitaker Türkiyə ordusunun “çox bacarıqlı müttəfiq” və “Qərbə inteqrasiya olunmuş” olduğunu vurğulayıb: “Biz Türkiyə ilə münasibətlərimizi daha da gücləndirməliyik”.

Uitaker həmçinin qeyd edib ki, əgər müqavilə təsdiqlənərsə, çatdırılma prosesi bir az vaxt aparacaq: “Türkiyə proqrama yenidən qəbul edilsə və bütün qanuni tələblərə cavab versə belə, bu təyyarələr bir gecədə çatdırılmayacaq”.

P.ƏMİRCANOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью