ABŞ səfirinin Dəməşqdəki iqamətgahında yenidən bayraq qaldırılıb

29.05.2025

Operativ MM portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Suriyanın paytaxtı Dəməşqdəki ABŞ səfirliyində uzun müddətdən sonra ABŞ bayrağı yenidən qaldırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Suriyanın "SANA" agentliyi məlumat yayıb.

Mərasim iqamətgahın yenidən açılması üçün təşkil olunmuş rəsmi proqram çərçivəsində keçirilib.

ABŞ-ın Dəməşqdəki səfirliyi 2012-ci ildə təhlükəsizlik səbəbi ilə fəaliyyətini dayandırıb və əməkdaşları təxliyə edilib.

Səfirlik iqamətgahının necə istifadə ediləcəyi və fəaliyyətinə başlanılıb-başlanılmayacağı ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью