ABŞ səfirliklərində bu bayraqların asılması qadağan edildi

22.01.2025

Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlət Departamenti ABŞ səfirliklərində və nümayəndəliklərində LGBT, BLM və digər hərəkatların bayraqlarının nümayişini qadağan edib.

Publika.az xəbər verir ki, bu barədə "The Washington Free Beacon" məlumat yayıb.

Bildirilir ki, indi yalnız ölkənin dövlət bayrağının asılmasına icazə verilir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp yanvarın 21-də yalnız iki dəyişməz cinsin - kişi və qadının tanınması haqqında fərman imzalayıb. Tramp dəfələrlə ölkədə “transgender dəliliyinə son qoyacağına” söz verib.

Adəm

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью