ABŞ Səfirliyi Tramp Əliyev görüşü haqqında məlumat yaydı

23.01.2026

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Prezident Donald Tramp və Prezident İlham Əliyev yanvarın 22-si Davosda ABŞ-Azərbaycan münasibətləri və regional sülh məsələlərini müzakirə etmək üçün görüşüblər”.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyinin məlumatında deyilir.

Bildirilib ki, tərəflər 2025-ci il avqustun 8-də keçirilmiş Sammitdə əldə olunan razılaşmalara sadiqliklərini bir daha təsdiqləyərək ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıblar.

“Liderlər həmçinin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində əldə edilən irəliləyişləri, eləcə də TRIPP təşəbbüsü sayəsində regional əlaqəliliyin, əməkdaşlığın və ticarətin əhəmiyyətini qeyd ediblər”, – məlumatda vurğulanıb.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью