ABŞ səfirliyində bayrağımız yarıya endirildi KONKRET

26.12.2024

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ səfirliyində Azərbaycanda matəm günü ilə əlaqədar bayraqları yarıya endirilib.

KONKRET.az xəbər verir ki, bu barədə səfirliyin X hesabında paylaşım edilib.

“Birləşmiş Ştatlar dünənki faciəvi qəzada həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə sağalmağını arzulayır. ABŞ səfirliyi, azərbaycanlı tərəfdaşlarımızla həmrəylik əlaməti olaraq bayrağını endirib və qarşıdakı çətin günlərdə lazım ola biləcək hər hansı yardımı göstərməyə hazır olduğunu bildirir”,- səfir Libbi qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью