ABŞ Səfirliyindən təcili xəbərdarlıq: Vəziyyət sürətlə dəyişə bilər

23.04.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Beyrutdakı ABŞ Səfirliyi Livandakı ABŞ vətəndaşlarına təhlükəsizlik vəziyyətinin sürətlə dəyişə biləcəyi barədə xəbərdarlıq edərək, kommersiya uçuşları imkanları varkən ölkəni tərk etmələrini tövsiyə edib.

"Cebheinfo.az" xəbər verir ki, səfirlikdən edilən açıqlamada "Livandakı təhlükəsizlik vəziyyəti yaxından izlənilir. Təhlükəsizlik mühiti mürəkkəb olaraq qalır və sürətlə dəyişə bilər. 

Kommersiya uçuş variantları mövcud ikən ABŞ vətəndaşlarının Livanı tərk etmələrini israrla tövsiyə edirik", - ifadələri işlədilib.

Açıqlamada Livanda olan və ayrılmamağa üstünlük verən ABŞ vətəndaşlarından isə fövqəladə hallar üçün planlar hazırlamaları və son dəqiqə hadisələrini izləmələri istənilib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью