ABŞ şəhərləri İnfantinonun vəd etdiyi vəsaiti hələ də almayıb

04.08.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ şəhərləri İnfantinonun vəd etdiyi vəsaiti hələ də almayıb

ABŞ-da DÇ-2026 oyunlarına ev sahibliyi etmiş şəhərlər FİFA-nın vəd etdiyi maliyyə vəsaitini hələ də ala bilməyiblər.

QOL.az xəbər verir ki, "The Athletic" nəşrinin məlumatına görə, FİFA prezidenti Canni İnfantino turnirin irsi proqramı çərçivəsində ABŞ-dakı 11 ev sahibi şəhərin hər birinə mini-futbol meydançalarının tikintisi və sosial layihələr üçün 1 milyon dollar ayrılacağını vəd etmişdi.

Lakin indiyədək şəhərlərin heç biri bu vəsaiti almayıb. ABŞ-dakı 11 ev sahibi şəhərin ümumi büdcə kəsiri isə təxminən 250 milyon dollar məbləğində qiymətləndirilir.

Qeyd edək ki, İnfantino bu vədi ilk dəfə 2025-ci ilin yayında vermişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью