ABŞ Səhiyyə Nazirliyində kütləvi ixtisarlar: Minlərlə işçi bildiriş aldı

02.04.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Səhiyyə Nazirliyinin işçiləri kütləvi şəkildə işdən çıxarılma bildirişləri almağa başlayıblar.

Oxu.Az-ın məlumatına görə, bu barədə "ABC News" telekanalı məlumat yayıb.

Bildirilir ki, ixtisarlar, həmçinin Qida və Dərman Nəzarəti İdarəsinin 3 500 işçisini və Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin 2 400 işçisini əhatə edəcək.

Səhiyyə Nazirliyinin ümumi işçi sayının 82 mindən təxminən 62 min nəfərə qədər azalacağı gözlənilir.

Əvvəllər bildirilmişdi ki, ABŞ Səhiyyə naziri kiçik Robert Kennedi qurumun ştatını əhəmiyyətli dərəcədə azaltmağı və 10 min işçini ixtisar etməyi planlaşdırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью