ABŞ səmasında xaos yarada biləcək gözlənilməz səbəb üzə çıxdı

14.11.2026

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin hava hərəkətinin idarə edilməsi sistemində ciddi texnoloji problemlər mövcuddur. Onilliklər əvvəl istehsal edilmiş kompüterlər və köhnəlmiş avadanlıqlar ölkənin aviasiya təhlükəsizliyi üçün risk yaradır.

Moderator.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, Federal Aviasiya Administrasiyasının (FAA) bəzi sistemləri hələ də köhnə texnologiyalarla işləyir. Zəruri ehtiyat hissələrinin tapılması çətinləşdiyindən bəzən onları onlayn hərrac saytlarında axtarmaq lazım gəlir.

Agentlik meteoroloji və digər vacib məlumatların ötürülməsində istifadə olunan disketlərdən də imtina etməyə hazırlaşır. Onların 2028-ci ilin sonunadək müasir daşıyıcılarla əvəzlənməsi planlaşdırılır. Yenilənmə ölkə üzrə 400-dən çox hava hərəkətinin idarə edilməsi obyektini əhatə edəcək.

ABŞ-da baş verən son hava nəqliyyatı böhranından sonra diqqətlər süni intellekt əsaslı SMART sisteminə də yönəlib. Bu texnologiya təyyarələrin marşrutları, hava şəraiti və hava limanlarındakı sıxlıq barədə məlumatları emal edərək dispetçerlərin işini asanlaşdırmaq üçün hazırlanıb.

FAA sistemin ölkə üzrə 22 regional hava hərəkətinin idarə edilməsi mərkəzində tətbiqini genişləndirdiyini açıqlayıb. Lakin SMART sisteminin son hadisə ilə əlaqəli olduğuna dair hər hansı təsdiq yoxdur.

Sistemin hazırlayıcısı AirSpace Intel də hava hərəkətinin dayandırılması ilə proqram təminatı arasında əlaqə olmadığını bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью