ABŞ Sənadakı aviabazaya zərbə endirib

27.03.2025

Icma.az, Dogru.az portalına istinadən məlumat yayır.

ABŞ ordusu Yəmənin paytaxtı Sənadakı aviabazaya zərbələr endirib.

Bu barədə “Al Masirah” məlumat yayıb.

Ed-Dailami aviabazasının hücuma məruz qaldığı qeyd edilir.

Husilər daha əvvəl Qırmızı dənizdə USS Harry Truman təyyarədaşıyan gəmisinin başçılıq etdiyi bir sıra ABŞ hərbi gəmilərinə, eləcə də Tel-Əviv ərazisindəki hərbi hədəflərə hücum etdiklərini bildiriblər.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью