ABŞ Senatı hökumətin maliyyələşdirilməsi barədə qərar verib

11.11.2025

Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

Qanun layihəsini yuxarı palatanın 60 üzvü dəstəkləyib

ABŞ Senatı federal hökumətin maliyyələşdirilməsini 30 yanvar 2026-cı ilə qədər davam etdirmək üçün qanun layihəsini təsdiqləyib. AYNA.AZ xəbər verir ki, səsvermə “C-SPAN” kanalında yayımlanıb.

Rekord səviyyəli bağlanmaya son qoymağa kömək edəcək qanun layihəsini yuxarı palatanın 60 üzvü dəstəkləyib. 40 senator isə əleyhinə səs verib.

Qanun layihəsi indi Nümayəndələr Palatasına göndəriləcək. Orada da təsdiqlənərsə, imzalanması üçün ABŞ Prezidenti Donald Trampa göndəriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью