Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Vaşinqton, 31 yanvar, AZƏRTAC
ABŞ Senatı hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihələrinin yenidən işlənmiş paketini qəbul edib.
AZƏRTAC-ın məlumatına görə, 71 senator lehinə, 29 əleyhinə səs verib. Respublikaçılar Partiyasının 5 üzvü əleyhinə səs verənlər arasındadır.
Lakin hökumətin qismən bağlanması gecə yarısında qüvvəyə minməli olacaq, çünki qanun layihəsini Nümayəndələr Palatası da təsdiqləməlidir. O isə bazar ertəsinə qədər toplanmayacaq.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton