ABŞ Senatı İranla bağlı qətnamə qəbul etdi

24.06.2026

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

ABŞ Senatı İrana qarşı hərbi əməliyyatların məhdudlaşdırılmasını nəzərdə tutan müharibə səlahiyyətləri haqqında qanun layihəsini qəbul edib.

Turkustan.az xəbər verir ki, bu addım prezident Donald Trampın İranla bağlı mümkün hərbi qərarlarına qarşı Konqresin mövqeyi kimi dəyərləndirilir.

Senatda keçirilən səsvermədə dörd respublikaçı senator demokratlara qoşularaq qətnaməni dəstəkləyib. Sənəd Konqresin Trampın İrana qarşı hərbi əməliyyatlar həyata keçirməsinə etirazını ifadə edir.

Qətnamənin lehinə səs verən respublikaçılar Alyaskadan Lisa Murkowski, Men ştatından Syuzan Kollins, Kentukkidən Rand Pol və Luizianadan Bill Kassidi olub.

Səsvermənin nəticəsinə respublikaçı senatorlar arasında iştirak etməyənlərin olması da təsir göstərib. Kentukkidən Miç Makkonnell səhhəti ilə bağlı xəstəxanada olduğundan, Pensilvaniyadan Deyv Makkormik isə səsvermədə iştirak etmədiyindən demokratlar üstünlük əldə ediblər.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью