Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.
ABŞ Konqresinin Senatı Skott Bessentin maliyyə naziri vəzifəsinə namizədliyini təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, 62 yaşlı milyarder Bessent - "Key Square Group" investisiya fondunun rəhbəridir.
"Forbes" jurnalının yazdığına görə, ABŞ prezidenti ilə o, uzun illərin tanışıdırlar. Bessent daim Trampın seçki təbliğatında fəal iştirak edib.