ABŞ Senatı şatdauna son qoyacaq qanun layihəsini təsdiqlədi

11.11.2025

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Senatı hökumətin fəaliyyətinin bərpasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

“Qafqazinfo”nun məlumatına görə, yekun səsvermənin nəticələrinə əsasən, sənədi 60 senator dəstəkləyib, 40-ı isə əleyhinə səs verib.

Layihə hökumətin fəaliyyətinin dayandırıldığı (şatdaun) dövrdə ödənişsiz məzuniyyətə göndərilən dövlət qulluqçularına maaşların ödənilməsini, həmçinin, 2026-cı maliyyə ilinin sonunadək (30 sentyabr) ərzaq talonlarının maliyyələşdirilməsini nəzərdə tutur.

Qanun layihəsi Senatda qəbul edildikdən sonra səsvermə üçün Nümayəndələr Palatasına təqdim olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью