ABŞ Senatı şatdaunun müddətini uzadıb

04.10.2025

Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AzVision.az xəbər verir ki, “CNN” telekanalı belə məlumat yayıb.
“Federal hökuməti maliyyələşdirmək üçün rəqabət aparan respublikaçıların və demokratların təklifləri Senatda yenə uğursuz olub. Qanunvericilər hələ də razılığa gələ bilmirlər”, - xəbərdə deyilir.
Reuters: “Şatdaun dolları silkələyib” Respublikaçıların müvəqqəti maliyyələşdirmə qanun layihəsinni lehinə 54, əleyhinə isə 44 səs verilib. Hökuməti yeddi həftə maliyyələşdirəcək qanun layihəsini qəbul etmək üçün isə respublikaçılara 60 səs lazımdır.
- Hökumətin bağlanışı həftənin sonuna qədər davam edəcək. Qanunvericilər gələn həftəyə qədər hökumətin yenidən açılması ilə bağlı təkrar səsvermə keçirməyəcəklər”, - telekanal vurğulayır.
Xatırladaq ki, oktyabrın 1-də ABŞ hökuməti fəaliyyətini dayandırıb. Konqres yeni maliyyə ili başlamazdan əvvəl hökumətin maliyyələşdirilməsi haqqında qanun layihəsini qəbul edə bilməyib. Bu, Donald Trampın əvvəlki prezidentliyi də nəzərə alınmaqla, onun hakimiyyəti dövründə üçüncü federal şatdaundur.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью