Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Vaşinqton, 29 yanvar, AZƏRTAC
ABŞ Senatında hökumətin maliyyələşdirilməsi ilə bağlı sınaq səsverməsi uğursuz olub.
AZƏRTAC xəbər verir ki, layihənin əleyhinə 55, lehinə 45 səs verilib. Bununla da Senatdakı Demokratlar Partiyasının üzvləri nəhəng maliyyələşdirmə paketini bloklamaqla təhdidlərinə sadiq qalıblar. Respublikaçılar Partiyasının 7 üzvü də layihənin əlehinə səs verənlər arasındadır.
Layihənin əlehinə səs verənlər Daxili Təhlükəsizlik Departamentinin (DHS) maliyyələşdirməsinə dair qanun layihəsini altı qanun layihəsi paketindən çıxarmağı tələb ediblər.
Lakin Senatdakı Demokratlar paketdəki digər beş qanun layihəsini dəstəkləməyə hazırdırlar.
Səsvermə uğursuz olarsa, cümə günü gecə yarısından etibarən hökumətin qismən bağlanması gözlənilir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton