ABŞ Senatında respublikaçıların yeni lideri Ukraynayönümlü siyasətçi olacaq BBC | Icma.az
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"ABŞ və müttəfiqlərinin hərəkətsizliyinin bədəli Ukraynaya hərbi dəstək məsrəflərindən dəfələrlə yüksək olacaq..." ABŞ Senatında respublikaçılar fraksiyasının yeni lideri Cənubi Dakota ştatından dəfələrlə Ukraynaya dəstəyini bəyan edən senator Con Tun olacaq.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.
"Mənim üçün 119-cu Konqresdə Senata rəhbərlik etməyə öz həmkalarımdan dəstək almaq böyük şərəfdir, mən əksəriyyəti təmin etmək məqsədilə icra etdiyimiz işlə qürur duyuram.
Respublikaçıların bu komandası Trampın proqramına dəstək verən yeganə komandadır və bu gün bizim işimiz başlayır", - o, səsvermədən sonra bəyan edib.
Con Tun barədə bəlli olanlar Con Tun Senatda 2004-cü ildən işləyir, 2019-cu ildə isə hazırda respublikaçıların lideri olan, lakin bu postda 18 il olduqdan sonra istefaya gedən Mitç Makkonelin müavini olub.
Bu vəzifə uğrunda mübarizədə o, Texasdan Con Kornini və Floridadan Trampın yaxın silahdaşı hesab edilən Rik Skottu üstələyib.
Son zamanlar Tun ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla münasibətləri yaxşılaşdırmağa cəhd edib.
Tam oxu
Xəbəri oxu