ABŞ Senatının Komitəsi Kiyevə 500 milyon dollarlıq hərbi yardımı təsdiqləyib

11.07.2025

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi 2028-ci ilə qədər Ukraynaya hərbi yardım üçün 500 milyon dollar vəsaitin ayrılmasını təsdiqləyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə komitənin dərc etdiyi sənədlərdə deyilir.

Müvafiq bənd bu komitə tərəfindən təsdiqlənən 2026-cı maliyyə ili üçün ABŞ-nin müdafiə büdcəsi layihəsinə daxil edilib.

Komitənin təklif etdiyi büdcə layihəsi ABŞ-nin Ukraynaya etibarlı müdafiə qabiliyyətinin təmin olunmasında kömək etmək üçün əməkdaşlığı gücləndirmək siyasəti elan edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью