Oxu.az saytına istinadən Icma.az xəbər verir. ABŞ Senatının Kəşfiyyat Komitəsi Prezident Donald Tramp tərəfindən Milli Kəşfiyyat İdarəsinin
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Axios" portalı məlumat verib.
Məlumata görə, Qabbardı doqquz senator dəstəkləyib, səkkizi əleyhinə səs verib.
Portalın qeyd etdiyi kimi, Qabbard namizədliyinin təsdiqlənməsi ilə bağlı dinləmələrdə Ukraynadakı ABŞ bioloji laboratoriyalarına dair "sərt suallarla" üzləşib.
O, yalnız Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden üçün əfv istəməkdən imtina etdikdən və komitəyə xaricə səfərləri barədə məlumat verəcəyinə söz verdikdən sonra dəstək ala bilib.
İndi Qabbardın namizədliyi ABŞ Senatının tam tərkibi tərəfindən təsdiqlənməlidir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.