ABŞ Senatının Respublikaçı lideri Rusiyanı sanksiyalarla HƏDƏLƏDİ

22.05.2025

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Moskva Ukraynada hərbi əməliyyatların dayandırılmasına razı olmasa, yaxın gələcəkdə Rusiyaya qarşı yeni sanksiyalar təsdiqlənəcək.

Redaktor.az xəbər verir ki, bu barədə "Axios" portalı Senatda çoxluğun lideri Con Tune istinadən məlumat yayıb.

“Əgər Rusiya ciddi diplomatiya ilə məşğul olmaq istəmirsə, Senat Tramp administrasiyası ilə birlikdə əlavə sanksiyaları nəzərdən keçirəcək”, - Tune bildirib.

Onun sözlərinə görə, yeni məhdudiyyətlər Rusiyanı danışıqlara məcbur edə bilər.

Turan İSMAYIL

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью