ABŞ senatorlarından İlon Maska tələb: Starlink lə bağlı sənədlər qorunmalıdır KONKRET

14.11.2026

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

ABŞ senatorları “SpaceX” şirkətinin rəhbəri İlon Maskdan Starlink-in Ukraynada fəaliyyətinə tətbiq edilən məhdudiyyətlərlə bağlı sənədlərin və yazışmaların qorunub saxlanılmasını tələb ediblər.

KONKRET.az xəbər verir ki, “Wall Street Journal”ın məlumatına görə, demokrat senatorlar Ağ Ev və Pentaqonla aparılan yazışmaların saxlanılmasını istəyirlər.

Məqsəd oktyabr və noyabr aylarında Ukrayna ordusunun hərbi əməliyyatlarına təsir göstərə biləcək Starlink məhdudiyyətlərinə kimin göstəriş verdiyini müəyyənləşdirməkdir.

Günay Əli
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью