Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Senatının Kəşfiyyat Komitəsinin sədri, respublikaçı senator Tom Kotton Rusiyanın NATO qoşunlarının 1997-ci il sərhədlərinə geri çəkilməsi tələbini absurd adlandırıb.
Turkustan.az xəbər verir ki, Moskva ilə hazırkı mərhələdə danışıqları davam etdirməyin mənasız olduğunu bildirib.
Senator bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Kotton qeyd edib ki, Rusiyanın NATO ölkələrindən qoşunlarını öz sərhədlərinə geri çəkməyi tələb etməsi qəbuledilməzdir.
“Putin bir daha sübut etdi ki, danışıqlar yolu ilə sülhə nail olmaq istəmir. Bu mərhələdə sonrakı danışıqlar farsdır”, – deyə senator bildirib.
Onun sözlərinə görə, Putin yalnız müharibədə qalib gələ bilməyəcəyini anladıqdan sonra onu başa çatdırmağa razı olacaq. Kotton vurğulayıb ki, bunun üçün ABŞ Ukraynaya Rusiyaya öz məqsədlərinə çata bilməyəcəyini sübut etməkdə kömək etməlidir.
Senator bu açıqlamanı “The New York Times” qəzetinin Əbu-Dabidə keçirilən danışıqlarda Rusiya nümayəndələrinin irəli sürdüyü tələblərlə bağlı dərc etdiyi xəbərə münasibət bildirərkən verib.
Qəzetin məlumatına görə, noyabrın 10-da hazırlanmış sənədin surəti danışıqlarda iştirak edən mənbədən əldə edilib. Sənədin həqiqiliyi isə danışıqların təfərrüatları ilə tanış olan başqa bir şəxs tərəfindən də təsdiqlənib.
Aytən Yaşar/Turkustan.az