ABŞ senatoru TRIPP layihəsinə görə İlham Əliyevi təbrik edib

24.11.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

ABŞ-nin Pensilvaniya ştatından olan senator Deyv Makkormik Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsi üzrə işlərə başlanılması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi, Ermənistanın Baş naziri Nikol Paşinyanı və Ağ Evi təbrik edib.

Modern.az xəbər verir ki, senator bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

“TRIPP layihəsi ticarətin, nəqliyyat, enerji və rəqəmsal əlaqələrin inkişafına təkan verəcək, Azərbaycan və Ermənistan arasında sülhün və rifahın möhkəmlənməsinə xidmət edəcək”, – Makkormik bildirib.

Qeyd edək ki, TRIPP layihəsinin irəlilədilməsi məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətə başlaması barədə birgə bəyanat yayılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью