ABŞ senatorundan Türkiyəyə təhdid: YPG vurularsa...

10.12.2024

Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-ın respublikaçı senatoru Lindsey Qraham Türkiyəni təhdid edib.

Publika.az xəbər verir ki, Türkiyəyə müxalifliyi ilə tanınan Qraham Suriyalı müxalif qrupların qətiyyətli irəliləyişindən narahat olub.

Qraham terror təşkilatı PYD/YPG-nin İŞİD-la mübarizədə mühüm rol oynadığını iddia edib. O, Türkiyənin sözügedən təşkilatlara mümkün əməliyyatlarına qarşı ABŞ-dan sanksiya xəbərdarlığı edib.

Senator “X” hesabındakı paylaşımında Türkiyənin ABŞ-ın maraqlarını təhlükəyə atacağı təqdirdə xaosun da artacağını iddia edib:

"İŞİD-in məhv edilməsinə kömək edən kürd qüvvələrinə qarşı hərbi əməliyyatlar apararsa, Türkiyəni hədəf alan sanksiyalar layihəsini təqdim etməyə hazıram".

Roza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью