ABŞ sentyabrda Venesuela ilə enerji sazişini elan edə bilə

28.08.2026

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

ABŞ Venesuela ilə uzunmüddətli enerji sazişini sentyabrın əvvəlində elan etməyi planlaşdırır.

“The Washington Post”un yazdığına görə, ABŞ dövlət katibi Marko Rubio və energetika naziri Kris Rayt bunun üçün gələn ay Venesuelaya səfər edə bilərlər.

Tərəflər arasında Venesueladakı ən azı 17 neft yatağının uzunmüddətli icarəyə verilməsi müzakirə olunur.

Saziş Vaşinqtona ölkənin neft ehtiyatlarının təxminən üçdə birinə, yəni 90 milyard barelə çıxış imkanı verə bilər.

Qəzet danışıqların qarşısında ciddi maneələrin olduğunu, o cümlədən Venesuelada təbii sərvətlər üzərində nəzarətin ABŞ-a verilməsinə müqavimət göstərildiyini qeyd edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью