ABŞ şərait yaradacaq ki, İrana zərbə endirilsin ŞƏRH | Icma.az
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır. “Hazırda ABŞ daha çox İranı təhdid edir ki, qısa bir müddət ərzində hər hansısa bir
Lakin İran tərəfi daha çox vaxt udmaqla məşğuldur. Bu danışıqlarda ABŞ-la yanaşı digər oyunçuların iştirakını da arzulayır”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Fərhad Məmmədov deyib.O əlavə edib ki, ABŞ-İran münasibətləri fərqli dövrlərdə fərqli cür inkişaf edir:“Öncələr İranın nüvə proqramı ilə bağlı sazişdə 6 tərəf, yəni İrandan başqa digər 5 tərəf də var idi.
Görünən odur ki, ABŞ-nı maraqlandıran iki mövzuyla bağlı İranın nüvə proqramı və İranın regional siyasətində Tehran dəyişikliklər etmək niyyətində deyil.
Yaxud da ki əlavə öhdəliklər götürmək niyyətində deyil. Belə olan halda, geniş miqyasda olmasa da, İsrailin bir dəfəlik zərbə endirmə ehtima
Bunu ABŞ birbaşa etməyəcək. Çünki regionda ABŞ-nın hərbi infrastrukturu var.
ABŞ bunu etsə, İran cavab olaraq ABŞ infrastrukturunu hədəf götürəcək, lakin ABŞ İsrail üçün şərait yarada bilər ki, o İrana böyük bir zərbə endirsin”.Leyla Turan Demokrat.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu