Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Ədliyyə Nazirliyi iki Çin şirkətinin İran neftinin qanunsuz satışından əldə edilən 1,5 milyard dollardan çox vəsaiti kriptovalyuta hesabları vasitəsilə yuduğunu iddia edib.
Turkustan.az xəbər verir ki, Nyu-York Cənub Dairəsi üzrə ABŞ Prokurorluğunun məhkəməyə təqdim etdiyi iddiaya görə, şirkətlər İran xam nefti və neft məhsullarının satışından əldə olunan və ABŞ sanksiyalarına məruz qalan gəlirləri kriptovalyuta şəbəkəsi vasitəsilə leqallaşdırmağa çalışıblar.
İddiada 1,5 milyard dollardan çox neft gəlirinin İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) üçün nəzərdə tutulduğu bildirilir.
ABŞ Ədliyyə Nazirliyi həmçinin bu əməliyyatlarla əlaqəli olduğu iddia edilən 61 milyon dollardan çox kriptovalyutanın müsadirə edilməsi üçün məhkəmə prosesinə başlayıb.
Aytən Yaşar/ Turkustan.az