Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Səudiyyə Ərəbistanına təxminən 3 milyard dollar dəyərində F-15 qırıcılarının texniki xidməti üçün potensial satışını təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) bu barədə Konqresə məlumat verildiyini açıqlayıb.
Məlumata görə, satış ehtiyat və təmir hissələri, yerüstü avadanlıqlar, proqram təminatı xidmətləri və kadr təlimini əhatə edəcək.
Bəyanatda qeyd olunur ki, bu addım Körfəzdə ABŞ-nin əsas müttəfiqinin təhlükəsizliyini gücləndirəcək və çəkindirmə imkanlarını artıracaq.
Əli Hüseynov