ABŞ Səudiyyə Ərəbistanına husilərlə müharibədə kömək etməkdən imtina etdi

11.09.2026

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İki amerikalı rəsminin Axios nəşrinə verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ABŞ Prezidenti Donald Trampa iki dəfə zəng edərək husilərə qarşı zərbələr endirməyə çağırıb.

Tramp bu təklifi rədd edib. Amerikalı rəsmilər isə bildiriblər ki, ABŞ administrasiyası hələlik husilərə qarşı birbaşa müdaxilə etməyi planlaşdırmır.

Müzakirələrin gedişindən xəbərdar olan mənbələrin sözlərinə görə, son həftələrdə amerikalı rəsmilər Səudiyyə Ərəbistanındakı həmkarlarına bildiriblər ki, Trampın göstərişi ABŞ qüvvələrinin diqqətini İran və Hörmüz boğazına yönəltmək və yeni cəbhənin açılmasından yayınmaqdır.

AzPost.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью